Ermənistanda əsgərlərə qohumları ilə görüş qadağan edilib

Ermənistanda əsgərlərə qohumlarla görüş, günlük buraxılış və məzuniyyət qadağan edilib.

QİA.AZ xəbər verir ki, bu barədə məlumat Ermənistan Müdafiə Nazirliyinin saytında yayılıb.

“Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanuna əsasən, əsgərin ailə üzvlərindən həyat yoldaşı, uşağı, atası, anası, bacısı, qardaşı, babası və nənəsi vəfat edərsə, ona istisna hal olaraq məzuniyyət verilir.

Nazirlik əsgər qohumlarından pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyəti anlayışla qarşılamağı xahiş edib.

Qeyd edək ki, Ermənistanda 180 141 nəfər COVID-19-a yoluxub, 3 282 nəfər isə koronavirusdan ölüb.

Oxşar Xəbərlər