Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi

Azərbaycan Silahlı Qüvvələrinin Dığ kəndi ərazisində irəliləməsindən sonra başlanmış cinayət işi bağlanıb.

Bunu Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə bildirib.

“Proses aparılıb, təfərrüatlı yoxlama keçirilib və cinayət əlamətləri aşkarlanmayıb”, – Vardapetyan bildirib.

Qeyd edək ki, cinayət işinin açılmasına səbəb olan hadisələr ötən ilin aprelində baş verib.

Mənbə: Sputnik

Oxşar Xəbərlər