Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss edilib

Fev13,2021

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 15:29-da Heydərabad stansiyasından 44-km şimalda Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən QİA.AZ-a bildirilib ki, 5,2 bal gücündə olan zəlzələnin dərinliyi 2 kilometrdir.

Qeyd edilib ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında və Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.

Oxşar Xəbərlər