Ermənistanda COVID-19-a yoluxanların sayı 160 mini ötdü

Yan4,2021

Ermənistanda daha 193 nəfərdə koronavirus aşkarlanıb.“

QİA.AZ
” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.Bununla da Ermənistanda virusa yoluxanların sayı 160 220 olub.Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 2 864-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin digər səbəblərdən ölənlərin sayı isə 691-ə yüksəlib. İndiyədək 144 831 pasiyent infeksiyadan sağalıb.Hazırda ölkədə 11 834 aktiv koronavirus xəstəsi var.

Oxşar Xəbərlər