Ermənistanda daha 81 nəfərdə koronavirus aşkarlanıb

May30,2021

Ötən sutka Ermənistanda koronavirusa 81 yeni yoluxma qeydə alınıb.

Bu barədə “QİA.az” Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, virusun aşkarlandığı daha 4 nəfər COVID-19-dan ölüb.

Ötən gün ölkədə 2 771 test aparılıb.

Ermənistanda bu günə kimi koronavirusa 222 636 yoluxma aşkarlanıb. Virusa yoluxanlardan 212 981 nəfər sağalıb. Eyni zamanda COVID-19-un aşkarlandığı 4 432 nəfər ölüb. Hazırda daha 4 142 nəfərin müalicəsi davam edir.

Oxşar Xəbərlər