Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib

Ermənistan prezidenti Armen Sarkisyan ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.

QİA.AZ-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, digər fərmanla ölkənin təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsinə Vaqram Dumanyan təyin edilib.

Oxşar Xəbərlər