Ermənistanda faşizm və antisemitizm əvvəlki kimi narahatlıq doğurur – “The Jewish Press”

Mar15,2021

Ermənistanda faşizm və antisemitizm əvvəlki kimi narahatlıq doğurur.

QİA.AZ-ın məlumatına görə, bu barədə İsrailin “The Jewish Press” xəbər agentliyində dərc olunan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, amerikalı jurnalist Partrik Lankaster Yerevanın Respublika meydanında antisemit çağırışlar edən millətçi təşkilata mənsub erməni ilə üzləşib.

Jurnalist həmin erməninin sözlərini sitat gətirir: “Hitler yəhudiləri ona görə öldürürdü ki, onlar təhrikçiliklə məşğul olurdu. Yəhudilər çox zərərlidir”.

Jurnalist P.Lankaster əlavə edib ki, həmin şəxs 1915-ci il “erməni soyqırımı”nı yəhudilərin təşkil etdiyini iddia edib. O, həmçinin qaraçıları da “parazit millət” adlandırıb.

Məqalədə, həmçinin qeyd olunur ki, bir neçə il əvvəl keçirilmiş sorğu zamanı da ermənilərin təxminən 58 faizi antisemit əhval-ruhiyyədə olub:

“İsrailin Diaspor İşləri üzrə Nazirliyinin hesabatında bildirilir ki, Qarabağda Ermənistanla Azərbaycan arasında müharibə Ermənistanda antisemitizmin həyəcanverici artımına səbəb olub. Siyasi tənqid tezliklə etnik və dini zəmində hücumlara, yəhudi xalqının erməni xalqına qarşı “tarixi və müasir cinayətlərdə” ittihamına çevrildi. İsrailin Azərbaycan ordusuna silah tədarük etməsi barədə xəbərlər isə erməniləri daha da qıcıqlandırdı, bəzi aksiyalarda antisemit şüarlar səsləndirildi. Ermənistan baş naziri İsraili qondarma “erməni soyqırımı”nı dəstəkləməkdə ittiham etdi”.

Oxşar Xəbərlər