Ermənistanda gündəlik tələbat malları bahalaşır

Ermənistanda gündəlik tələbat malları bahalaşır

Ermənistanda gündəlik tələbat və ərzaq məhsulları bahalaşır.

“QİA.AZ” xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.

Bildirilib ki, Ermənistanda bu il yanvar-sentyabr aylarında ət və ət məhsullarının istehsalı artsa da, qiyməti artıb.

Məlumata görə, hesabat dövründə donuz ətinin istehsalı 10,1 faiz azalıb. Bundan başqa, bu ilin ilk ayında kolbasa istehsalında da 2,2 faiz azalma müşahidə olunub. Erməni ekspertlərin fikirincə, istehlakçıların sayı azalıb.

Bu statistika sentyabrın 27-dən əvvəlki dövrə aiddir. Ekspertlər bildirib ki, yaxın zamanlarda qiymətlərin bahalaşması yalnız ət və ət məhsullarında deyil, başqa mallarda da müşahidə olunacaq.

Oxşar Xəbərlər