Ermənistanda itkin düşən hərbçinin atası tutulub

Yan12,2021

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin əməkdaşları itkin düşən hərbçinin atası Q.V.-ni tutublar.

QİA.AZ xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, Kotayk vilayəti sakini Q.V. yanvarın 10-da idarə etdiyi “VAZ-2107” markalı avtomobili Ermənistan Müdafiə Nazirliyi administrasiyasının yerləşdiyi binanın darvazasına qəsdən çırpıb. Ermənistan İstintaq Komitəsi fakt üzrə qanunsuz olaraq hərbi hissə ərazisinə daxil olmaq, xuliqanlıq maddələri üzrə cinayət işi başlayıb.

Oxşar Xəbərlər