Ermənistanda itkin düşənlərin ailələri Milli Təhlükəsizlik Xidmətinin binasına daxil olub

Ermənistanda itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ölkənin Milli Təhlükəsizlik Xidmətinin inzibati binasına daxil olublar.

“QİA.AZ” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar MTX rəhbəri Armen Abazyanla görüş tələb ediblər.

Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları görüşü küçədə gözləməyi tələb etsə də, etirazçılar binanı tərk etməkdən imtina ediblər. Valideynlərdən biri 10 aydır övladından xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, Ermənistanda hazırda 321 nəfər itkin düşmüş hesab olunur.

Oxşar Xəbərlər