Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 108 687 nəfərə yüksəlib.
“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərin profilaktikası və nəzarət mərkəzi məlumat yayıb.
Bildirilib ki, son sutkada 1 221 nəfər virusa yoluxub və daha 29 nəfər virusundan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 1 609 nəfərə çatıb.
Virusdan sağalanların sayı 66 835 nəfər olub. 39 831 pasiyent müalicə alır.