Ermənistanda koronavirusa yoluxanların sayı 166 427-yə yüksəlib

Yan27,2021

Ermənistanda son sutkada 195nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 166 427-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4nəfər artaraq 3 056-ya yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 761-ə yüksəlib. İndiyədək 156053pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 6 557aktiv koronavirus xəstəsi var.

Oxşar Xəbərlər