Ermənistanda koronavirusdan ölənlərin sayı 1 800-ə çatır

Noy16,2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 1 800-ə çatır

Ermənistanda daha 549 nəfərdə koronavirus aşkarlanıb.

“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 117886-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 25 nəfər artaraq 1 788-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 454-ə yüksəlib. İndiyədək 75 865nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 39 779 aktiv koronavirus xəstəsi var.

Oxşar Xəbərlər