Ermənistanda daha 1 785 nəfərdə koronavirus aşkarlanıb.
“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 130 870-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 28 nəfər artaraq 2 068-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 519-a yüksəlib. İndiyədək 100 913 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 25 228 aktiv koronavirus xəstəsi var.