Ermənistanda koronavirusdan ölənlərin sayı 2 068-ə yüksəlib

Noy26,2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 2 068-ə yüksəlib

Ermənistanda daha 785 nəfərdə koronavirus aşkarlanıb.

“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 130 870-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 28 nəfər artaraq 2 068-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 519-a yüksəlib. İndiyədək 100 913 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 25 228 aktiv koronavirus xəstəsi var.

Oxşar Xəbərlər