Ermənistanda koronavirusdan ölənlərin sayı 2 529-a yüksəlib

Dek15,2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 2 529-a yüksəlib

Ermənistanda daha 438nəfərdə koronavirus aşkarlanıb.

“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 149120olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 26nəfər artaraq 2 529-a çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 626-ya yüksəlib. İndiyədək 127 452nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 18 513 aktiv koronavirus xəstəsi var.

Oxşar Xəbərlər