Ermənistanda son sutkada 138nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.
“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 166 232-yə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5nəfər artaraq 3 052-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 758-ə yüksəlib. İndiyədək 155 404pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 7 018aktiv koronavirus xəstəsi var.