Ermənistanda son sutkada 158nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.
“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 167 726-ya çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2nəfər artaraq 3 109-a yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 779 nəfərdir. İndiyədək 159 350pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 637 aktiv koronavirus xəstəsi var.