Ermənistanda koronavirusdan ölənlərin sayı 3 150-yə çatıb

Fev16,2021
covid19

Ermənistanda son sutkada 136 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 169 391-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 3 150-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 792 nəfərdir. İndiyədək 161 348 nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 101 aktiv koronavirus xəstəsi var.

Oxşar Xəbərlər