Ermənistanda koronavirusdan ölənlərin sayı 3 835 nəfərə yüksəlib

covid 19

Ermənistanda son sutkada koronavirusa 961 yoluxma qeydə alınıb.

“QİA.az” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 207 103-ə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 18 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 835 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların sayı isə 186 200-ə çatıb. Hazırda 16 099 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda 2020-ci il martın 16-dan sentyabrın 11-dək fövqəladə vəziyyət rejimi tətbiq edilib. Sonra bu qərar karantin rejimi ilə əvəzlənib. Karantin rejiminn müddəti isə 2021-ci il iyulun 11-dək uzadılıb.

Oxşar Xəbərlər