Ermənistanda son sutkada koronavirusa 92 yoluxma qeydə alınıb.
“QİA.az” xəbər verir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 222 870-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 1 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 446-ya yüksəlib.
Koronavirusa yoluxan 213 578 pasiyent sağalıb. Hazırda 3 763 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.