Son bir həftə ərzində Ermənistanda ilk dəfə olaraq yeni omikron subvariantı – BA.2.86 (Pirola) və onun JN.1 qolu aşkar edilib.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.
Mövcud məlumatlara əsasən, BA.2.86 virusu hələ də bütün dünyada xəstəxanaya yerləşdirilmələrin artmasına səbəb olmayıb.
Mərkəzdən bildirlib ki, son yeddi gündə Ermənistanda 71 koronavirusa yoluxma faktı təsdiqlənib.