Ermənistanda məzuniyyətdən qayıtmaq istəməyən iki əsgər tutuldu

Ermənistanda xidməti vəzifələrini yerinə yetirməkdən imtina edən iki əsgər saxlanılıb.

QİA.AZ “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Əsgərlər A.O. və V.V. məzuniyyətləri bitdikdən sonra xidmət etdikləri hərbi hissələrə qayıtmayıblar.

Oktyabrın 1 -də başlanmış cinayət işi çərçivəsində hər iki əsgər saxlanılıb. Faktla bağlı istintaq davam edir.

Oxşar Xəbərlər