Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanetsyan həbs edilib.
QİA.AZ xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
O, baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunur.
Məlumata görə, A.Vanetsyan rəhbərlik etdiyi partiya bunu hakimiyyətin repressiyası kimi qiymətləndirib.