Ermənistanda növbəti etiraz aksiyası keçirilir

ermənistan

Hazırda Ermənistan parlament binasının qarşısında müxalifətin etiraz aksiyası keçirilir. Baş nazir Nikol Paşinyanın bir azdan parlament binasına gələcəyi gözlənilir.

“QİA.AZ” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, polis parlamentin həyətində işıq-səs bombası, parlament binasında isə snayperlər yerləşdirib. Quraşdırılan qumbaralar “Plamya-2” stasionar işıq və səs bombalarına bənzəyir.

Bildirilib ki, sözügedən qumbaralar cinayətkara psixofizioloji təsir göstərmək, silahlı cinayətkarları tutmaq və iğtişaşları yatırmaq üçün xüsusi əməliyyatlarda istifadə olunur. Qumbara tamamilə odsuz və qəlpəsizdir.

Oxşar Xəbərlər