Ermənistanın şimalındakı Spitak şəhərində tibb mərkəzində partlayış baş verib.
“QİA.AZ”ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Partlayış oksigen ötürmə sistemində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
Araşdırma aparılır.