Ermənistanda Paşinyana qarşı sui-qəsdin qarşısı alınıb

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin baş naziri Nikol Paşinyana qarşı sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.

Bu barədə QİA.AZ Ermənistan mətbuatına istinadən xəbər verir.

Milli Təhlükəsizlik Xidməti bir qrup şəxs tərəfindən Paşinyanın həyatına qəsd etmək və Ermənistanda hakimiyyəti qəsb etmək məqsədi ilə qanunsuz olaraq silah, sursat, partlayıcı maddə əldə etmə və saxlama hallarını aşkarlayıb.

Qeyd edək ki, daha əvvəl Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanetsyan həbs edilib. O, baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunur. Lakin A.Vanetsyanın rəhbərlik etdiyi partiya bunu hakimiyyətin repressiyası kimi qiymətləndirib.

Oxşar Xəbərlər