Ermənistanda Qarabağ döyüşlərinin iştirakçıları aksiya keçirib

Fev15,2021

İrəvanda Ermənistan Müdafiə Nazirliyinin qarşısında Qarabağda döyüşlərində iştirak etmiş şəxslərin etiraz aksiyası keçirilib.

“QİA”-nın erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar hərbi biletlərin onlara bu günədək qaytarılmadığını bildirib.

Etirazçıların bir qrupu isə hərbi biletlərdə onların döyüşlərdə iştirak etməsinin qeyd olunmadığını bildirib.

Onlar döyüşlərlə əlaqədar hər hansı bir təzminat almadıqlarını da deyiblər.

Oxşar Xəbərlər