Ermənistanda qiymətlər artıb – Hərbi geyimlər 50% bahalaşıb

Ermənistanda qiymətlər artıb - Hərbi geyimlər 50% bahalaşıb

Müharibə başlayandan Ermənistanın sosial şəbəkələrində intensiv olaraq qiymətlərin qalxması mövzusu müzakirə olunur. Ermənilər sosial şəbəkələrdə müharibədən sonra güllərin, çələnglərin, əsgər geyiminin, yağ və şəkərin qiymətlərinin qalxmasından narazıdırlar.

QİA.AZ-ın məlumatına görə, yazılanlarda qeyd olunur ki, əsgər geyimi 18 000 dramdan 25 000 drama qədər yüksəlib (deyilənlərə görə, müharibə səbəbi ilə bəzi müəssisələr super-mənfəətin 80%-ni də alırlar). Bəzi supermarketlərdə isə şəkərin qiyməti 320 dramdan 385 drama qədər qalxıb. İstifadəçilər həmin supermarketin sahibinin orduya 50 milyon dram ayırdığından sonra, şəkərin və digər ərzaqların qiymətini qaldıraraq bir həftə ərzində ayırdığı pulu artıqlaması ilə qaytardığını bildirirlər. Hətta döyüşlər səbəbindən ölkədə dəfn mərasimlərinin sayı artdığı üçün güllərin belə qiyməti artıb. Xüsusilə dəfn mərasimlərində tələb olunan çiçəklər – qızılgül, qərənfil, gladioli (gladiolus), demək olar ki, 50-100% bahalaşıb.

İrates saytı qeyd edir ki, son 10 gündə mağazalarda kərə yağı və şəkərin qiyməti qalxıb. 10 gün əvvəl 1 litr yağın qiyməti 600 dram idisə bu gün 750-800 drama satılır. Bir həftə əvvəl 1 kq şəkər 250-280 dram idisə, bu gün 410 dramdır. Qarabaşaq və un bazarında da inflyasiya müşahidə olunur. Erməni vətəndaşlar bunu bilavasitə davam edən müharibə ilə əlaqələndirirlər.

Ermənistanda qiymət artımını sübut edən faktları sizə təqdim edirik:

facebook.com/story.php?story_fbid=138814867962276&id=100055012896030

facebook.com/story.php?story_fbid=1247778005555292&id=634464316886667

facebook.com/story.php?story_fbid=1247383688928057&id=634464316886667

https://yerevan.today/mamuli-tesutyun/67479/gershahouyt%60-paterazmi-hashvin-inchou-en-ktrouk-tankacel-dzetn-ou-shaqaravazy-%C2%ABirates%C2%BB
https://armdaily.am/?p=111183&l=am%2F
https://hraparak.am/post/2a6a6123552e5d6ae9cf3e204e58b3d5

Oxşar Xəbərlər