Ermənistanda Seçki Məcəlləsinə dəyişiklik olunacaq

Mar24,2021

Ermənistanda iqtidarda olan “Mənim addımım” koalisiyası bu il iyunun 20-də nəzərdə tutulmuş növbədənkənar parlament seçkilərinədək proporsional sistemə keçməklə bağlı Seçki Məcəlləsinə müvafiq dəyişiklik etmək niyyətindədir.

QİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentdəki hökumət saatı zamanı baş nazir Nikol Paşinyan bildirib.

“Biz parlamentdə “Parlaq Ermənistan” və “Firavan Ermənistan” qrupları ilə siyasi məşvərətlər keçirərək erkən seçkilərə getmək qərarına gəldik. Həmkarlarımız Seçki Məcəlləsini dəyişdirib tamamilə proporsional sistemə keçməyimizə qarşı çıxmayacaqlarını bildirdilər və biz də bunu etmək fikrindəyik. Yəni onlar bunun lehinə səs verməyəcəklər, amma qarşı da çıxmayacaqlar”, – hökumət başçısı qeyd edib.

Oxşar Xəbərlər