Ermənistanda son sutkada 23 nəfər koronavirusdan ölüb

Dek24,2020
Ermənistanda son sutkada 23 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 702nəfərdə koronavirus aşkarlanıb.

“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 156142 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 23 nəfər artaraq 714-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 663-ə yüksəlib. İndiyədək 136 766pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 15 999 aktiv koronavirus xəstəsi var.

Oxşar Xəbərlər