Ermənistanda son sutkada 183 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.
“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 165 711-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 9 nəfər artaraq 3 030-a yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 744-ə yüksəlib. İndiyədək 154 259 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 7 678 aktiv koronavirus xəstəsi var.