Ermənistanda benzinin qiyməti artıb.
“QİA.AZ” xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.
Məlumata görə, bu gündən Ermənistanın bütün yanacaqdoldurma məntəqlərində benzin 350 drama (1,25 AZN) satılır.
“Benzini Qazaxıstandan idxal edəndə elə bilirdik ki, qiymət əhəmiyyətli dərəcədə düşəcək, ancaq biz əksini görürük. Bu istiqamətdə heç bir irəliləyiş yoxdur”, – məqalədə vurğulanıb.
Qəzetin əməkdaşı məsələyə ölkənin İqtisadi Rəqabət üzrə Dövlət Komissiyasının münasibətini öyrənib.
“Araşdırma aparırıq, nəticəsini bildirərik”, – Dövlət Komissiyasından bildirilib.
Qeyd edək ki, Ermənistanda başqa yanacaq növləri də bahalaşıb.