Ermənistanda yoluxanların sayı 120 mini ötdü

Noy18,2020
Ermənistanda yoluxanların sayı 120 mini ötdü

Ermənistanda son sutkada daha 1 589 nəfərdə koronavirus aşkarlanıb.

“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 120 459-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 28 nəfər artaraq 1 839-a çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 469-a yüksəlib. İndiyədək 80 069 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 38 082 aktiv koronavirus xəstəsi var.

Oxşar Xəbərlər