Ermənistanda son sutkada 1 328 yeni yoluxma faktı qeydə alınıb.
“QİA.AZ” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistanda yoluxanların sayı 93 448-ə yüksəlib. Son sutkada 22 nəfər koronavirusun qurbanı olub. Bununla da ölənlərin sayı 1 391-ə çatıb.
Ölkə üzrə 57 599 pasiyent sağalıb, 35 381 nəfər müalicə olunur.