Ermənistanda zəlzələ: Sakinlər evlərini tərk etdi

Fev13,2021

Ermənistanda Rixter cədvəli ilə 5 bala yaxın zəlzələ olub.

“QİA”-nın Ermənistan KİV-lərinə istinadən məlumatına görə, zəlzələnin episentri İrəvandan 12 kilometr məsafədə, yerin 2 kilomet dərinliyində qeyd alınıb.

Sakinlərin evlərini tərk etdiyi deyilir. Təkanlar bir neçə saniyə ərzində davam edib.

Hər hansı itki və ya fəsadlar barədə məlumat verilmir.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər