Ermənistanın Azərbaycanda qalıqları tapılan itkin hərbçilərinin sayı 1 629 nəfərə çatıb

Avq3,2021

Bu gün Füzulidə aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş sayılan 3 hərbçisinin qalıqları tapılıb.

Bu barədə QİA.AZ “News.am”a istinadən xəbər verir. Qeyd edilir ki, daha 3 hərbçinin qalıqları Rusiya sülhməramlılarının vasitəçiliyi ilə qarşı tərəfə verilib. Beləliklə, bu gün Azərbaycan ərazisində ümumilikdə 6 erməni hərbçinin qalıqları tapılıb.

Qeyd edilir ki, erməni hərbçilərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək. Bununla da 2020-ci ilin 13 noyabrından Azərbaycan ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 629 nəfərə çatıb.

Oxşar Xəbərlər