Ermənistanın dağ-mədən sənayesinə dair xəritə üzərində iş tamamlanıb.
QİA.az xəbər verir ki, “Environmental Protection First” (EPF) Koalisiyasında birləşən QHT-lər Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfi ekoloji təsirlərinin üzə çıxarılması üçün fəal iş aparır.Belə ki, koalisiyaya üzv olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyi “Ermənistan Respublikasının mineral xammal resursları” adlı fiziki xəritə tərtib edib. Xəritə Ermənistanın dağ-mədən sənayesi müəssisələrini əsasən Qərbi Zəngəzur bölgəsinə – Azərbaycan Respublikası ilə həmsərhəd, transərhəd çaylara yaxın ərazilərə cəmləşdirdiyini aydın şəkildə nümayiş etdirir. Xəritədə Ermənistandakı yer adları Azərbaycanın milli toponimləri ilə verilir.Xəritənin müəllifi kartoqrafiya sahəsində 43 illik iş təcrübəsinə malik peşəkar mühəndis-kartoqraf, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramovdur. M.Bayramov bildirib ki, belə xəritə Azərbaycanda ilk dəfədir, Ermənistanda da nəşr edilməyib.Yaxın günlərdə “Ermənistan Respublikasının mineral xammal resursları” xəritəsi geniş ictimaiyyətə təqdim olunacaq. Xəritə 3 dildə – azərbaycan, ingilis və erməni dillərində hazırlanıb.