“Washington Outsider” və “Scarab Rising” media qurumlarının birgə təşkilatçılığı ilə “Ermənistanın Qarabağdakı ölümcül məhsulu: mina, hərbi cinayətlər və sülh prosesi” mövzusunda beynəlxalq vebinar keçirilib.
Bu barədə “QİA.az”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Scarab Rising”in rəhbəri və “Washington Outsider”in baş redaktoru İrina Tsukermanın moderatorluq etdiyi virtual tədbirə İslamabadda yerləşən Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm, İsraildə fəaliyyət göstərən “İqtisadi Sülh Mərkəzi” xəbər saytının redaktoru Reyçel Avraham, Pakistan–Azərbaycan Məzunları Birliyinin qurucusu Qeysər Nəvvab, tarixçi və siyasi şərhçi Pet Uolş, Kanadanın Manitoba Universitetinin dosenti, sülh və münaqişə tədqiqatları üzrə fəlsəfə doktoru Əli Əskərov və Azərbaycandakı rus icmasının sədr müavini Anastasiya Lavrina qatılıb.
Vebinar zamanı Kəlbəcərdə iki azərbaycanlı jurnalistin və yerli məmurun ölümü ilə nəticələnən faciə, işğaldan azad edilmiş ərazilərdə minaların aşkarlanmasından danışlıb. Ekspertlər geosiyasi həqiqətlər və İsrailin Ermənistanla bağlı siyasəti barədə geniş fikir mübadiləsi aparıblar. Sözügedən hərbi cinayətlərə görə Ermənistanın məsuliyyət daşıdığı vurğulanıb.