Ermənistan Baş Prokurorluğu ölkənin bir sıra sabiq yüksək rütbəli hərbçilərinin barəsində cinayət işini məhkəməyə göndərib.
QİA.AZ yerli KİV-ə istinadən xəbər verir ki, həmin cinayət işində sabiq müdafiə naziri David Tonoyan, hazırkı Baş Qərargah rəisi Artak Davtyan, Baş Qərargah rəisinin sabiq müavini Stepan Qalsyana da qarşı ittihamlar yer alır.
Cinayət işində həmçinin silah tədarükü şirkətinin direktoru David Qalstyan və daha üç nəfərin adı da var.