Ermənistanın Milli Statistika Xidməti: Ölkə əhalisinin sayı azalır

2020-ci ilin 1 yanvarına olan məlumata əsasən Ermənistanın daimi əhalisinin say göstəricisi 2 milyon 959,7 min nəfər təşkil edib.

“QİA.AZ” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Statistika Xidməti yayıb.

Xidmətin məlumatına görə, 2019-cu ilin əvvəli ilə müqayisədə ölkə əhalisinin sayı 5,6 min nəfər, yaxud 0,2% azalıb.

Ermənistanda əhalinin sayının cari qeydiyyatı, əhalinin təbii artımı və miqrasiyası barədə məlumatlar 2011-ci ildə keçirilmiş son siyahıyaalmanın nəticələri əsas götürülərək aparılır.

Qeyd edək ki, daha əvvəl Ermənistan mətbuatı 2019, habelə 2020-ci illərdə minlərlə sakinin vətəndaşlıq almaq üçün xarici ölkələrə üz tutmasına dair faktları açıqlamışdı. Media hökumətin bu göstəriciləri xalqa açıqlamamasına diqqət çəkmişdi.

Oxşar Xəbərlər