Ermənistanın Qarabağda aşkarlanan itkin erməni hərbçilərin sayı 1 552 nəfərə çatdı

Apr 30, 2021

Bu gün Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş daha bir hərbi qulluqçusunun meyiti Azərbaycan tərəfindən bu ölkəyə təhvil verilib.

QİA.AZ-ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Bununla da 2020-ci ilin 13 noyabrından Qarabağda aşkarlanan itkin erməni hərbi qulluqçuların sayı 1 552 nəfərə çatıb.

Oxşar Xəbərlər