Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı artıb

Bu gün Füzuli rayonunda həyata keçirilmiş axtarış işlərinin gedişatında Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş daha bir hərbi qulluqçusunun meyiti aşkarlanıb.

Bu barədə QİA.AZ Ermənistan mətbuatına istinadən xəbər verir.

Beləliklə, Qarabağda döyüş əməliyyatlarının dayandırılmasından sonra Ermənistanın meyiti tapılan itkin hərbçilərinin sayı 1 543 nəfərə çatıb.

Qeyd edək ki, axtarışlara itkin hərbçilərin yaxınları da cəlb olunub. Əsgər valideynləri daha əvvəl Ermənistanın müvafiq dövlət orqanlarının qarşısında etiraz aksiyaları keçirərək, itkin düşmüş övladlarının tapılmamasından şikayətləniblər. Bundan sonra axtarışlara mülki şəxslər də cəlb edilib.

Oxşar Xəbərlər