Ermənistanın sabiq prezidenti 4-cü dəfə həbs edilə bilər

Dek1,2020
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb. Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, COVID-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Elmin Qantayevə ev şəraitində müalicə təyin edilib və karantin qaydalarına riayət etməsi tapşırılıb. Ancaq koronavirus daşıyıcısı olan E.Qantayev qaydaları kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən o, idarə etdiyi avtomobillə şəhər ərazisində hərəkətdə olan zaman saxlanılıb və müəyyən edilmiş tibbi prosedurlar da gözlənilməklə E.Qantayev koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib. Onun barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci madddəsi ilə cinayət işi başlanılıb.

Bu gün Yerevanın ümumi yurisdiksiya Məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın adı keçən cinayət işinə baxılması prosesi bərpa ediləcək.

“QİA.AZ” xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının vəkilləri feysbukda bildirib.

Qeyd edək, sabiq prezidentin işi üzrə məhkəmə iclasları sentyabrın sonunda Qarabağda müharibəyə görə dayandırılmışdı.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti 2008-ci ilin 1 martında (həmin vaxt 10 insan öldürülüb-red) keçirilən etiraz aksiyalarının dağıdılması ilə bağlı cinayət işi çərçivəsində Konstitusiya quruluşunun devrilməsində ittiham edilir. Ona qarşı cinayət işi 2018-ci ildə Ermənistanda hakimiyyətin dəyişməsindən sonra başlayıb. Həmin vaxt Robert Koçaryan siyasətə qayıtdığını bildirib.

Sabiq prezident üç dəfə həbs edilib və həbsxanada ümumilikdə 500 gün keçirib. 2020-ci ilin iyununda Apelyasiya Məhkəməsi onun girov müqabilində həbsdən azad olunması barədə qərar çıxarıb.

Oxşar Xəbərlər