Ermənistanın vurduğu ziyana görə indiyədək 5 914 ailəyə ilkin yardım verilib

Fev 23, 2021

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə vurduğu ziyana görə ödənilən ilkin yardımın verilməsi ilkin siyahı üzrə başa çatdırılıb.

Bu barədə QİA.AZ-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.

İndiyə qədər ilkin siyahı üzrə – 5 914 ailəyə ilkin yardım verilib. Bu siyahıdan yalnız xaricdə olanlar və sənədləri düzəliş prosesində olan vətəndaşlar qalıb.

Əlavə texniki baxışın və müraciətlərin araşdırılması nəticəsində daha 5 mindən artıq ailəyə də ilkin yardım verilməsi nəzərdə tutulur.

Oxşar Xəbərlər