Son hadisələr Ermənistanın və erməni kimliyinin iç üzünü bir daha ifşa etdi. Bugünlərdə Rusiya şairi Aleksandr Sergeyeviç Puşkinə daha çox rəhmət oxunur. Çünki 200 il əvvəl onun ermənilər haqqında dediyi “Sən ermənisən, sən yalançısan, sən oğrusan” ifadəsi dönə-dönə təsdiqlənir.
Azərbaycan ordusunun torpaqların işğaldan azad edilməsi uğrunda başladığı əks-hücum əməliyyatı erməniliyin mahiyyətini də ifşa etdi. Bu etnos etibarsız kütlədir. Onlara güvənib bir iş görmək məğlubiyyət, yaxud özünə quyu qazmağa bərabərdir.
Oktyabrın 30-da İsveçrənin Cenevrə şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Endrü Şoffer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Zöhrab Mnasakanyan arasında 6 saatlıq görüş olub.
Danışıqlar nəticəsində Azərbaycan və Ermənistan tərəfi dinc sakinlərin yaşadığı ərazilərə və mülki obyetklərə atəş açmayacaqları barədə razılığa gəliblər. Tərəflər əsir və döyüş nəticəsində ölənlərin cənazələrini dəyişmək, habelə bununla bağlı siyahını ATƏT həmsədrinin şəxsi nümayəndəsinin ofisinə təqdim etməyi də vəd ediblər.