Ermənistanla Azərbaycan arasında fikir ayrılıqlarının tənzimlənməsinə kömək edəcək bütün addımlar alqışlanacaq – Lavrov

Avq31,2021

Ermənistanla Azərbaycan arasında fikir ayrılıqlarının tənzimlənməsi və qarşılıqlı anlaşmanın təmin olunmasına kömək edəcək bütün addımlar alqışlanacaq.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı deyib.

O bildirib ki, ilk növbədə təhlükəsizliyi təmin etmək lazımdır: “Biz liderlərimizin üçtərəfli formatda imzaladıqları sənədlərin icrasına sadiqik. İndi söhbət prosesin bərpa olunmasından deyil, artıq imzalanmış sənədlərin icrasından gedir. İlk növbədə, təhlükəsizliyi təmin etmək və əlbəttə ki, etimadı bərpa etməyə başlamaq lazımdır. Bu məsələdə kommunikasiyaların bərpası üzrə üçtərəfli işçi qrupu böyük rol oynayır”.

Oxşar Xəbərlər