Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir

Noyabrın 9-da Moskvada Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir.

QİA.AZ bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, sənədlərdən biri iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyasını nəzərdə tutur. Bu sənədə əsasən, Yerevan və Bakı qarşılıqlı olaraq sərhədləri və ərazi bütövlüyünü tanıyacaq.

Digər sənəd isə regionda kommunikasiyaların, Azərbaycanla Naxçıvanı əlaqələndirən dəhliz də daxil olmaqla yolların açılması ilə bağlıdır.

Oxşar Xəbərlər