Ermənistanın mülki əhaliyə qarşı hücumları ilə bağlı son məlumat

Baş Prokurorluq işğaldan azad olunmuş ərazilərdə zərərin müəyyən edilməsindən ötrü istintaq hərəkətləri keçirir

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

QİA.AZ xəbər verir ki, Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 63 mülki şəxs qətlə yetirilib, 298 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 398, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 156-dir.

Oxşar Xəbərlər