Eşitmədə çətinliyi olanlar üçün teledərslər yayımlanacaq

Fev5,2021
Eşitmədə çətinliyi olanlar üçün teledərslər yayımlanacaq

Fevralın 9-dan etibarən Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” telekanalında efirə gedən “Dərs vaxtı” proqramı çərçivəsində eşitməsində çətinliyi olan uşaqlar üçün teledərslərin yayımına başlanılacaq.

Nazirlikdən “QİA.AZ”a verilən məlumata görə, prosesə pedaqoji metod, üsul və vasitələrdən istifadə edərək eşitmə qavrayışını və nitqi inkişaf etdirən, tələffüzü formalaşdıran surdopedaqoqlar da cəlb olunublar.

Dərslər səs, daktil, mimika və jestlər əsasında hazırlanıb. Məqsəd çətinliklərə baxmayaraq, bütün uşaqların öyrənməsini təmin etməkdir.

Oxşar Xəbərlər